Partiya sədri Əli Nağıyevi təbrik etdi

GÜNDƏM 28 mar 2022, 11:58
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevi təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

"Çox dəyərli Əli müəllim, böyük məmuniyyətlə Sizi və rəhbərlik etdiyiniz əməkdaşlarınızı peşə bayramınız münasibətilə təbrik edir, Sizlərə möhkəm can sağlığı, olduqca çətin, lakin şərəfli fəaliyyətinizdə yeni-yeni ugurlar diləyirəm. Sizin milli dövlətçiliyimizin qorunub saxlanılmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan DTX-ə rəhbər təyinatınız bu qurumun fəliyyətində ciddi dönüş yaratdı. 

Peşəkarlıgınız, dövlətçiliyimizə, Ulu Öndərimiz Heydər Əliyevin  dövlətçilik konsepsiyasına sonsuz sədaqətiniz ünvanınıza hər bir Azərbaycan vətəndaşında böyük rəgbət və etimad qazandırmışdır.

Bir daha Sizi təbrik edirəm. Bayramınız mübarək".

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top