“Prezident İlham Əliyevin Moskvaya səfərindən, bu səfərlə bağlı bəzi fikirlərlə də tanışam. Kimlərinsə müstəqilliyimizə zərər verəcək hərəkətlərinin olmasını qətiyyətlə rədd edirəm. Eyni fikirlər 2020-ci ilin əvvəllərində “bu il Qarabağın azad olunması ili olacaq” yazanda da tirajlayırdılar və yazırdılar ki, “nə qədər İlham Əliyev hakimiyyətdə olacaq, heç vaxt Qarabağ uğrunda müharibə başlamayacaq”. Bu gün də deyirəm ki, İlham Əliyev suverenliyimizə xələl gətirəcək addım atmayacaq”.
Demokrat.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
A.İsmayılov qeyd edib ki, hamı bu gün reallığı dərk etməlidir: “Rusiya bu gün böyük bir qan çanağıdır və hamı, birinci növbədə Azərbaycanın Prezidenti çalışmalıdır ki, o qan bizim torpaqlarda tökülməsin. Bu gün dünyanın gözü qarşısında Rusiyanın Ukraynada nələr törətdiyini yaxşı-yaxşı incələyin. Hamımızın çalışdığı bir məqam olmalıdır ki, ölkəmizdə qarışıqlıq salınmasın. Bunu istəyən isə həm ölkə daxilində, həm də xaricində çoxlu qüvvələr var. İkinci Dünya Müharibəsindən sonra dünyanın əmin-amanlığı bu qədər təhlükədə olmamışdı. Ona görə də hamımız bir az səbrli olmalı və baş verə biləcək hadisələri diqqətlə izləməliyik”.
Zaur
Demokrat.az