Erməni mediasında Laçının tarixi ilə bağlı daha bir xəritə saxtakarlığı — FOTO

QARABAĞ 28 yan 2022, 21:24
“Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub...”
 
"1923-cü ilin topoqrafik xəritəsini sizə təqdim edirəm. Diqqət edin ki,  Ermənistan SSR ilə DQMV arasında ümumi quru sərhədi olub və hətta Berdzor şəhəri (xəritədə Abdallar kəndi kimi qeyd olunub) Ermənistan SSR-in tərkibində olub".
 
Moderator.az xəbər verir ki, bu saxtakar cümlələr “RepublicofNorthernArtsakh” erməni teleqram-kanalında yayılıb.
 
Bəhs edilən xəritəni təqdim edən məxluq qeyd edir ki, guya  1923-cü ildə Abdallar məntəqəsi Ermənistan SSR-in tərkibinə aid olub. Halbuki, diqqətlə baxanda aydın görünür ki, 1926-cı ildən Laçın şəhəri adlanmış həmin məntəqə Azərbaycan SSR sərhədlərinin daxilindədir. Sadəcə, xəritənin miqyası kiçik olduğundan və o dövrün xəritələri qeyri-dəqiq çəkildiyindən məntəqənin işarəsi Ermənistanla sərhədə çox yaxın düşüb, “Abdallar” sözü isə Ermənistan sərhədi daxilində yazııb.
 
Digər bir yalan isə guya Ermənistan SSR-in keçmiş Dağqlıq Qarabağ Muxtar Vilayəti ilə ümumi quru sərhədinə  malik olmasıdır. Belə bir məsələ də olmayıb. Sadəcə, yenə də xəritənin qeyri-dəqiq çəkilməsi ucbatından Abdallar yaxınlığında  Azərbaycan SSR, Ermənistan SSR və keçmiş DQMV-nin sərhədləri bir nöqtədə qovuşur...
 
Göründüyü kimi, ermənilər növbəti dəfə diqqətsiz oxuculardan yararlanmaqla  dünyaya növbəti saxtakarlıqlarını sırımağa çalışırlar...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top