Zərərçəkənlər 9 nəfərə pul “atmış” Tural Abdullayevin məhkəmə işindən narazıdır — FOTOLAR

GÜNDƏM 28 yan 2022, 16:57
Azərbaycan Respublikası Ali Məhkəməsində dələduzluqda ittiham olunan Tural Abdullayevin məhkəmə prosesi dekabrın 28-də təxirə salınıb. Zərərçəkmişlər saytımıza məhkəmə prosesinin gedişindən narazı olduqlarını bildiriblər. 

Zərərçəkmiş şəxslərdən biri Namiq Hüseynov Demokrat.az-a bununla bağlı açıqlama verib. Onun sözlərinə görə, o, 2017-ci ildə Nərimanov rayonunda qeyri-yaşayış obyektini satmış və iş qurmaq məqsədilə bütün pullarını Tural Abdullayeva vermişdir. Zərərçəkmiş saytımıza açıqlamasında bildirib ki, ona ümumillikdə 315 min manat ziyan dəyib: “Tural Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi ötən ay müəyyən səbəblərdən təxirə salındı. Artıq il yarımdan çoxdur ki, məhkəmə prosesi keçirilir. İstintaq aparılan zaman məlum oldu ki, həmin şəxs məndən savayı, daha 8 nəfərə də pul “atıb”. Bir faktı da qeyd edim ki, təqsirləndirilən şəxs Xanlar Vəliyevin qohumudur. Yəni, Xanlar Vəliyevin baldızı oğlu İsmayıl Daşdəmirovun bacısı bu dələduzla ailə həyatı qurub. Qeyd edim ki, İsmayıl Daşdəmirov özü hazırda Nərimanov Rayon Hərbi Komisarlığında müavin vəzifəsində çalışır və onu bu vəzifəyə Xanlar Vəliyev qoyub. Turalın atası Şücəddin Abdullayev isə keçmiş sərhəd qoşunları komandan müavini olub və əli hər yerə “girir”. Adını çəkdiyim bu şəxs bizi məhkəmələrdə söyür, təhqir edir. Deyir: “Siz kimsiz? Pul bizdə, adam bizdə”. Bundan başqa, bacısı Qətibə Əsədova da qocalar evinin böyüyü olub, hal-hazırda səhv etmirəmsə, yenə də elədir. Qətibənin kürəkəni Rauf Hacıyev Hərbi Prokurorluqda Xanlar Vəliyevin sağ əlidir. Bunların qohumçuluq əlaqəsi, oradan-buradan tapşırıqlar məhkəmə prosesinin şəffaf keçirilməsinə maneçilik törədir”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, hazırda iş Azərbaycan Respublikasının Ali Məhkəməsindədir və növbəti məhkəmə prosesi martın 31-də baş tutacaq: “9 nəfərə dəymiş ziyana görə, bu şəxsə əvvəl 12 il iş oxudular. Lakin 21 gündən sonra iş 6 ilədək azaldıldı. Necə olur ki, bu şəxsə 6 il iş kəsilir? Bu insan 1 milyon 300 min manatadək bizə ziyan vurub. Bu gün bizim əsas tələbəmiz məhkəmə prosesinin ədalətli keçirilməsidir. Necə olur ki, 80 min pul “atana” 9 il iş kəsirlər, buna 6 il? Qanunsuz olaraq, 178.4 maddəsi götürülərək, 178.3 maddəsini veriblər. Bizim hazırda əsas tələbəmiz məhkəmə tərəfindən bu prosesin ədalətli aparılmasıdır”.

Məhkəmə prosesinin sənədlərini təqdim edirik:

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top