DÇ-2022: İran mundiala vəsiqə qazandı

İDMAN 27 yan 2022, 21:59
Futbol üzrə İran yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıb.

Demokrat.az xəbər verir ki, Asiya üzrə seçmə mərhələnin VII tur oyununda İraq yığmasına qalib gələn (1:0) İran millisi 19 xalla qrup liderliyində yerini möhkəmlədib. Hazırda qrupda ikinci yerdə Koreya Respublikası (17 xal), üçüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri (6) komandaları qərarlaşıb. 

Xatırladaq ki, İran millisi 1978, 1998, 2006, 2014 və 2018-ci illərdə dünya çempionatlarında iştirak edib və heç vaxt qrup mərhələsini adlaya bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top