Ukraynanın müdafiə naziri: “Belarus ərazisində hərbi hazırlıq gedir”

GÜNDƏM 27 yan 2022, 11:45
Son günlər Ukraynada gərginlik yenidən artaraq dünyanın bir nömrəli müzakirə mövzusuna çevrilib. 

Rusiya bu ölkənin NATO-ya üzvlük istəyini əsas gətirərək, qərb sərhədlərində təhlükəsizlik zəmanəti tələb edir. Təşkilat Ukraynanın şimal alyansına üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirsə də, Kreml bunun yazılı zəmanətini tələb edir. 

Lakin NATO bunun nizamnaməsinə zidd olduğunu əsas gətirərək, rədd edir.

Bu mürəkkəb vəziyyətdə Şərqi Avropada müharibə həddinə çatan gərginlik elə bir şəkil alıb ki, bir çox ölkələr artıq Ukraynadakı diplomatların ailələrini təcili ölkədən çıxarır. 

“Bu gün Rusiya ordusunun sərhədlərimizə toplaşdığını görürük. Söhbət kifayət qədər güclü birləşmədən gedir. Belarus ərazisində də hərbi hazırlıq gedir. Ora xeyli güclü ordu birləşmələri gətirilib. Bu cür birləşmələrə Rusiyanın uzaq şərqdə daxil olmaqla müxtəlif regionlarından gətirildiyini görürük” -deyə, Ukraynanın müdafiə naziri Oleksandr Polişuk Baku TV-ə müsahibəsi zamanı deyib.

Daha ətraflı Baku TV-nin süjetində:



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
26 may 2022, 18:14
Top