Salyan sakinləri qazdan zəhərləndilər

SOSİAL 26 yanvar 2022, 22:59

Salyan sakinləri dəm qazından zəhərlənib.

“Report” xəbər verir ki, hadisə rayonun “MTS” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib.

Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top