Paşinyandan Sarkisyanın istefasına MÜNASİBƏT

GÜNDƏM 24 yan 2022, 22:49

Ermənistan Prezidenti Armen Sarkisyan istefasını elan etməzdən üç saat yarım əvvəl baş nazir Nikol Paşinyana zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Paşinyan onlayn formatda medianın suallarını cavablandırarkən deyib. 

Paşinyanın sözlərinə görə, o, Sarkisyandan soruşub ki, bu, yekun qərardır, yoxsa müzakirə predmetidir.
"Mən qərarın müzakirə mövzusu olub-olmadığını anlamağa çalışdım. Amma o, mənə dedi ki, artıq belə bir qərar verib", - Paşinyan bildirib.

Erməni Baş nazir hesab edib ki, Sarkisyanın istefasını şərh etməməlidir. 

Paşinyan bildirib ki, baş nazir seçildiyi 2018-ci ildən bəri Konstitusiyada prezidentin səlahiyyətləri ilə bağlı heç bir dəyişiklik olmayıb və buna uyğun olaraq oyun qaydaları da dəyişməyib.

Baş nazir əlavə edib ki, istefa ərizəsində bəzi izahatlar verilir, o, bu izahatları qeyd edir və onlara şərh verməyi məqsədəuyğun hesab etmir.

O əlavə edib ki, hakim komanda hələ yeni prezidentin namizədliyini müzakirə etməyib.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 may 2022, 22:54
Top