“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq arzusundadır” — Paşinyan

REGİON 24 yan 2022, 22:10

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq arzusundadır.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində onlayn formatda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqlar dinamikasının saxlanılması təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər:

"Biz artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşünü keçirmişik. Və əgər bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olar. Qeyd edək ki, dünya birliyi münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
26 may 2022, 18:14
Top