Ərdoğanla Rəisi bu məsələləri müzakirə etdilər

DÜNYA 23 yan 2022, 09:48
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

Demokrat.az 
xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Bildirilir ki, prezidentlər Türkiyə-İran əlaqələrini və regional məsələləri müzakirə ediblər.

Telefon danışığında ən yaxın zamanda Tehranda keçiriləcək Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının İclası və bu çərçivədə imzalanacaq sənədlərin hazırlanması işlərinin aparıldığını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan, digər tərəfdən də Qafqazda sülh və sabitlik bərqərar olması istiqamətində cəhdlərinin davam etdiyini ifadə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə ortaya qoyduqları “3+3” formatlı platformanın növbəti toplantısına ölkəsinin ev sahibliyi etmək istədiyini qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top