Fazil Mustafa: “Toya gedəndən 1 saat sonra ordan qaçmaq istəyirsən”

GÜNDƏM 22 yan 2022, 15:45
İstehlak bazarında qiymətlər ceyran belindədir, şadlıq saraylarında da eyni vəziyyətdir. Təklif var: toylar isti yeməksiz, yalnız “İsveç süfrəsi”, yəni şirniyyatla keçirilsin. 

Yenisabah.az-a açıqlamasında deputat Fazil Mustafa deyib ki, Azərbaycanda toylar yeməksiz və , təmtəraqsız keçirilə bilməz:

“Azərbaycanda toylar insanların sosial özünügöstərmə yeridir. Onlar şənlikdə şöhrətpərəstliyini nümayiş etdirir. 

Yaxşı məkan yalnız gənclərin özünü təqdim etdiyi yerdir. Bir fəlsəfi klub varmı ki, insanlar yığılıb müzakirə etsinlər. Yaxud qadınlar klubu varmı ki, orada qadın haqlarından danışılsın.

Toy ayaqüstü və ya masaarxası mənasız müzakirələri aparmaq üçün əlverişli yerdir. Ora yeni tərz gətirmək çətindir. Həm də toy biznesdir. Azərbaycan xalqı özü üçün yaşayan xalq deyil, o başqasının acığına yaşayan xalqdır”.

Deputatın sözlərinə görə, toylara baxış dəyişilməlidir:

“Ailə qurulmasına xoşbəxtlik mənbəyi kimi baxılmalıdır. Bunun yerinə müğənninin neçə gətirildiyi ilə fəxr edilir. Mədəni ölkələrdə yığışırlar yalnız bir növ yemək verilir. Amma ölkəmizdə müxtəlif çeşidli yeməklər olur, hamı da gileylənir: “Yemək az oldu”. Bilir ki, 1 saata onların hamısını yeyə bilməyəcək. Amma nə olsun, yenə də narazıdır”.

F.Mustafa qeyd edib ki, yeməksiz toy keçirilsə, sevinər:

“Bakıda toyda şirni verilməsi inkişaf etmiş düşüncədir. Azərbaycanda kim bunu edər ki. Edilsə, sevinərəm. Çünki indi toya gedəndə 1 saat sonra məkandan qaçmaq istəyirsən”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top