Xəzərdən uzunluğu 3 metr, çəkisi 210 kq olan balıq tutulub — FOTO

MARAQLI 18 yan 2022, 19:55

İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizində 3 metr uzunluğunda beluqa (ağ balıq) ovlanıb.

Demokrat.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti Balıqçılıq İdarəsinin baş direktoru Həsən Eshaqi deyib.

Onun sözlərinə görə, ovlanan balığın çəkisi 210 kq təşkil edib və təxminən 26 kiloqram kürüsü olub.

"Xəzər dənizində bu növ balıqların qorunması və artırılmasının zəruriliyi nəzər alınaraq, dənizdən ovlanan nərə balıqları artım üçün Sari şəhərində yerləşən balıqyetişdirmə mərkəzinə nəql olunur. Qeyd olunan balıq da canlı şəkildə həmin mərkəzə aparılıb", - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top