Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı

DÜNYA 15 yan 2022, 20:23

Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayev ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.

Qazaxıstanın Baş Prokurorluğunun məlumatına əsasən, ölkədəki iştişaşlar nəticəsində 225 nəfə ölüb.

“Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb”, - deyə Serik Şalabayev vurğulayıb.

Prokuror əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top