Venesuelanın dövlət neft şirkətinin hesabı donduruldu — RUSİYADAN ZƏRBƏ

DÜNYA 18 fev 2019, 23:24

Rusiyanın “Qazprombank” dövlət şirkəti Venesuelanın “Petroleos de Venezuela” (PDVSA) dövlət neft şirkətinə aid hesabları dondurmaq qərarı alıb.

 

Demokrat.Az xəbər verir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb.  Bundan başqa, “Qazprombank” şirkətlə əməliyyatları dayandırıb.

 

“PDVSA-nın hesabları hazırda dondurulub. Başa düşdüyünüz kimi, əməliyyatlar yerinə yetirilmir” deyə mənbə bildirib.

 

Qeyd edilir ki, bu addım ABŞ sanksiyaları səbəbindən bankı gözləyəcək mümkün riskləri azaltmaq üçün atılıb.

 

“Qazprombank” hələ ki, məlumatı şərh etməyib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top