"MDB-də ən zəif kredit portfeli Azərbaycan banklarındadır" — "Moody`s"

İQTİSADİYYAT 05 fev 2019, 19:58

Azərbaycanın bank sistemi MDB-də ən yüksək kapitallaşma səviyyəsini nümayiş etdirir, bu da, əsasən dövlətin ən iri bankı - Azərbaycan Beynəlxalq Bankına köməyi ilə izah olunur. 


Demokrat.Az xəbər verir ki, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.


“2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın bank sektorunun kapitallaşması risklərlə ölçülmüş aktivlərin təxminən 20%-ni təşkil edir, bu da MDB-də ən yüksək göstəricidir. Bu, əsasən ABB-də həyata keçiriən maliyyə sağlamlaşdırılmasının nəticəsidir”, - hesabatda qeyd olunur.


Eyni zamanda, agentliyin analitikləri bildirirlər ki, bu göstərici 2019-cu ildə azala bilər, lakin MDB-də ən yüksək olaraq qalacaq.


Həmçinin, agentliyin analitikləri qeyd edirlər ki, Azərbaycan bankları MDB ölkələri arasında ən zəif kredit profillərinə malikdirlər.


“Ukrayna və Azərbaycan bankları MDB ölkələrinin bank sektorları arasında ən zəif kredit profillərinə malikdirlər. Lakin aktivlərin risklərinin sayına görə Azərbaycan bankları ən aşağı göstəricilərə malikdir”, - sənəddə deyilir.


O cümlədən, analitiklər Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşdığını vurğulayırlar. Belə ki, 2018-ci ilin sonuna agentliyin məlumatına görə, ümumi kredit portfelində problemli kreditlərin payı iki il öncə olan 31%-dən 15%-dək azalıb.


“Moody`s”in qiymətləndirmələrinə görə, MDB ölkələrinin iqtisadiyyatlarının artım templərinin bərpası fonunda bütün regionda əməliyyat mühiti yaxşılaşır. “2017-2018-ci illərdə iqtisadiyyatların bərpası dövründən sonra yaxın 2 il ərzində MDB ölkələrinin iqtisadi artım nümayiş etdirəcəyini gözləyirik. MDB ölkələrinin bank sektoru üzrə proqnozumuz – müsbətdir”, - icmalda vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top