Məktəbə hicabla gələn qızların ataları həbs edildi

DÜNYA 20 sen 2018, 09:56

Qazaxıstanda övladlarının məktəbə hicabla buraxılmamasına etiraz edən valideynlər inzibati həbs cəzasına məruz qalıb. 

 

Moderator.az rusdilli İslam saytlarına istinadla xəbər verir ki, bu haqda Aktübinsk vilayət məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Buna qədər həmin şagirdlərin atalarını guya qızlarını məktəbə  baş örtüsü ilə getməyə məcbur etdiklərinə görə dəfələrlə cərimələyiblər. 

 

“Onlarla profilaktik iş aparılıb, amma nəticə olmayıb. Şagirdlər yaylıqlarını açmayıblar və ona görə də ikinci ilə qalıblar”- deyə mətbuat xidmətindən bildirilib.

 

Bu minvalla polislər 3 ataya qarşı “İctimai asayişin pozulması” maddəsi ilə inzibati cəza haqda protokol tərtib ediblər. Valideynlərdən ikisi 3,  biri isə 5 sutkalıq həbsə məhkum edilib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top