Azərbaycanda orta aylıq əmək haqqı 1 manat 20 qəpik artıb - RƏSMİ AÇIQLAMA

SOSİAL 10 sen 2018, 13:27

2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz və ya 19 manat 20 qəpik, əvvəlki ayla müqayisədə isə 0,2 faiz və ya 1 manat 20 qəpik artaraq 542 manat 30 qəpik olub.


Demokrat.Az Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub(Yeniavaz.com).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top