Ermənistanda koronavirusa yoluxanların sayı 10 000-i ötdü

DÜNYA 02 iyn 2020, 11:54

Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər ölüb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 009-a yüksəlib.


Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 158-ə çatıb.


Bildirilib ki, indiyədək 3 427 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 368 aktiv koronavirus xəstəsi var.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,3 milyonu ötüb. Bunların 2,9 milyon nəfərdən çoxu sağalıb, 377 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top