“Ekologiya postu” sökülür — RƏSMİ

SOSİAL 01 iyn 2020, 10:20

Bakı-Sumqayıt yolunun üzərində yerləşən "Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. 


Demokrat.az xəbər verir ki , postun yolun genişləndirilməsi üçün nəzərdə tutulan tədbir planına uyğun olaraq sökülməsinə qərar verilib.


Hazırda postun yerləşdiyi yerdən bir qədər kənarda yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.


Postun sökülməsindən sonra yolun genişləndirilməsi və həmin hissədə sürət həddinin artırılması nəzərdə tutulur. Bununla da Bakı-Sumqayıt yolunda tıxacların azalacağı planlaşdırılır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top