Ronaldu 8 milyon avroya torpaq sahəsi aldı

İDMAN 20 may 2020, 15:56

Portuqaliya millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu Lissabonda sahə alıb. 


Demokrat.az xəbər verir ki, 35 yaşlı hücumçu Riveyradakı əraziyə 8 milyon avro ödəyib. Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ronalduya yaxın mənbə deyib ki, bura onun karyerasını bitirdikdən sonra qalacağı yer deyil, sadəcə, sərmayədir. 


Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir


Qeyd edək ki, Kriştianu Ronaldu ötən il Lissabondakı ən bahalı mənzili 7.5 milyon avroya alıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top