İranın Dağlıq Qarabağda nə işi var?! — Yardımla bağlı rəsmi qərar olubmu?

GÜNDƏM 08 may 2020, 11:10

Pandemiya dövründə təkcə virusla mübarizə aparmadı Azərbaycan, həm də nümunə göstərdi. O nümunəni ki, istənilən şəraitdə işləmək olar. Lazım gələndə biz təkcə dövlət yox, ailə də ola bilirik. Təki insanlarımızda, məmurlarımızda buna istək olsun. Və təbii ki, bu nümunəni dövlət başçısının simasında gördü hər kəs. Yardım fonduna vəsaitini ayıran və insanların ev-ev qayğısına qalmağa şərait yaratmaqdan yana olmasını sərgiləməsi ilə. Ancaq bu dönəm Azərbaycan üçün iç və dış siyasətdə də vacib proseslər gedir. Məsələn, vəzifəsindən sui-istifadə edən, dövlət maraqlarının tapdalayan, siyasi liderinə və millətinə xəyanət edənlər həbs olunmaqla cəzalandırılır. 


Ölkənin əbədi düşmənləri də sakit dayanmır bu dönəmlər. Məsələn, pandemiya müddətində işğalçı Ermənistan xaric, digər qonşularla isti münasibətlər saxlandı. Ancaq bu vəziyyət işğalçılıqdan yana olan Ermənistanı təbii ki, qane etmir. Dəfələrlə atəşkəs rejimini pozmaları bir yana, indi də qonşu dövlətlərlə Azərbaycanın münasibətlərini gərginləşdirməyə çalışırlar. Bu dəfə İranla. İlk belə olayımızsa, Gürcüstanla yaşanmışdı, Keşikçidağ olaylarını yəqin ki, hər kəs yaxşı xatırlayır.


Dönək İranla bağlı məsələyə. Belə ki,  görüntüdən İran İslam Respublikasına aid olduğu təəssüratı yaranan yük maşınlarının Dağlıq Qarabağda hərəkəti, yardım paylaması əks olunan görüntülər yayıldı sosial şəbəkələrdə. Azərbaycanla İran arasında ciddi tərəfdaşlıq və əməkdaşlıq sazişləri mövcuddur. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında İranın əsas iqtisadi və ticari tərəfdaşıdır. Eyni zamanda COVİD-19 virusu ilə mücadilənin İran üçün çox ağır dönəmində Azərbaycan İrana dəstəyini əsirgəmədi və sair… Təbii ki, bu bölgədə maraqlı güclərin o qədər də xoşuna getməyən vəziyyətdir.

 


Belə ki, İran davamlı olaraq həmin dairələrin hər növ yardımından israrla imtina etdiyi halda, Azərbaycanın dəstək təklifinə müsbət yanaşdı. Və maraqlı olanı budur ki, Azərbaycan-İran rəsmilərinin məsələ ilə bağlı danışıqlarından aydın oldu ki, İran tərəfi Dağlıq Qarabağa yardımla bağlı hər hansı rəsmi qərar qəbul etməyib. Eyni zamanda bu “yardımın” videoçəkilişinin hansı yolla hazırlanıb, yayılması barədə də məlumatlı deyillər.


Bəs nədir müəyyən dairələri Azərbaycan-İran münasibətlərində narahat edən? Sirr deyil ki, dünya gücləri İranı ya Azərbaycanın əliylə, ya da Azərbaycan ərazisindən “vurmaq” üçün illərdir mücadilə aparır. Bunun üçün Cənubi Azərbaycan məsələsi daxil, onlarla təxribata əl atılıb. Dağlıq Qarabağda “gəzişən” İran seriyalı və bayraqlı avtomobillərin də təxribat xarakterli olmağı istisna deyil. Hər halda Azərbaycana məlum beş milyonluq yardımının cavabını erməni əli ilə necəsə verməli idilər…


Jalə Mütəllimova

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top