Bakıda Türk Şurası XİN başçılarının növbədənkənar iclası başa çatdı - YENİLƏNİB

SİYASƏT 06 fev 2020, 15:01

Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.


APA-nın xəbərinə görə, iclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.


İclasda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib.


XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini vurğulayıblar.


Təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası 2025” adlı yeni strategiya da müzakirə edilən məsələlər arasında yer alıb.

 

 

11:49

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.


“Report” xəbər verir ki, iclasa Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sədrlik edir.


Nazirin sözlərinə görə, dünən təşkilatın, onun strukturlarının bundan sonrakı fəaliyyəti, eləcə də həm təşkilat daxilində, həm də Vişeqrad qrupu, ASEAN və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.


Bundan əlavə, Türkiyədə keçiriləcək Türkdilli dövlətlərin VIII sammitinə hazırlıq məsələləri müzakirə olunub.

 

*** 09:56

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayır. 


Demokrat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 


Şuranın iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstan XİN rəhbərləri iştirak edəcəklər. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top