Azərbaycan Ordusunda qəsdən adam öldürmə və intihar hadisələri azalıb

DAXİLİ SİYASƏT 26 apr 2024, 15:29
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında açıqlayıb.

Xanlar Vəliyev vurğulayıb ki, keçən ilin birinci rübü ilə müqayisədə bu ilin eyni dövründə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 40 faiz azalıb, qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumiyyətlə qeydə alınmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top