Keniyada daşqınlarda ölənlərin sayı 228 nəfərə çatdı

DÜNYA 06 may 2024, 20:30
Keniyada 3 həftədir davam edən seldə həyatını itirənlərin sayı 228-ə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bölgəyə Hidaya qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edilib.

Bundan əlavə, son 24 saatda  9 nəfərin öldüyü qeyd olunub.

Ümumilikdə, 164 nəfərin yaralandığı, 72 nəfərin itkin düşdüyü və 212 min 630 nəfərin evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib.

Qeyd olunub ki, seldən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top