"Erməni soyqırımı"na susqun qalanlar - İxtiyarı öz əlində olmayan radikal müxalifət

TƏHLİL 31 okt 2019, 18:27

Məlumdur ki, oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası "erməni soyqırımı"nı rəsmi şəkildə tanıdı.  Nümayəndələr Palatasının  1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə əlaqəli belə bir qətnamə qəbul etməsi birmənalı olaraq siyasi xarakter daşıyır. 

 

Dünya gündəmini zəbt edən bu hadisə, nəinki Türkiyəyə, eləcə də Azərbaycana yönəlik qərəzli yanaşma kimi dəyərləndirilməlidir. Analitiklər Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlara əsasən ABŞ Konqresinin Nümayəndələr Palatasının belə bir addım atdığını vurğulayırlar. Digər səbəblər də səsləndirilməkdədir. Ancaq səbəb nə olursa olsun, ermənilərin kütləvi şəkildə məhv edildiyini özündə əks etdirən həmin qətnamə bütün standartlara ziddir. 

ABŞ konqresi

Normalda gözləmək olardı ki, radikal müxalifət və buna oxşar digər qüvvələr ədalətsizliyi və açıq siyasi qərəzi özündə ehtiva edən sənədlə bağlı öz etirazını bildirəcək. İndiki halda, həmin radikal müxalifətdə təmsil olunanların başı şəxsi ambisiyalara və onları himayə edən qüvvələrin tapşırıqlarına bərk qarışıb. Hətta o qədər bərk qarışıb ki, Azərbaycanın ən taleyüklü məsələlərinə belə  səslərini çıxarmamaqda qərarlı görünürlər. Ölkədə ictimai sabitliyi məqsədyönlü şəkildə pozmağa israrlı olan, özünə müxalifət deyən qüvvələr qardaş Türkiyə xalqının yanında olduqlarını açıq-aşkar nümayiş etdirməli, bunu özlərinin bəyanatında dilə gətirməli idilər. Ancaq etmədilər, çünki həm idarə olunduqları mərkəz hələlik onlara bu icazəni vermir, həm də bayaq yuxarıda qeyd etdiyimiz kimi, öz şəxsi mənafelərini hər şeydən üstün tuturlar. Əslində, bu cür addımları ilə bundan əvvəlki xəttə “sadiq” olduqlarını aşkaranə sübuta yetirməyə davam edirlər. Bu o həmin xətdir ki, xalqın adından sui-istifadə etməklə, guya xalqı düşündüklərini tez-tez dillərinə gətirirlər. Lakin ayıq-sayıq xalq da Əli Kərimli və onun yanında dolaşanların hansı məqsədə qulluq etdiyini çox gözəl anlayır. 

Image result for milli şura

Hər şey açıq ortadadır. Nümayəndələr Palatasının "erməni soyqırımı"nı tanıdıqdan sonra radikal müxalifətin gözləmə mövqeyində durması nə birincidir belə hadisədir, nə də sonuncu. Hələki onları xaricdən maliyyələşdirənlər ağızlarını açmayıblar. Başqa cür desək, pult vasitəsilə idarə olan müxalifətin ixtiyarı öz əlində deyil. Öz əlində olsaydı, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran siyasi təşkilat “soyqırım” məsələsində Azərbaycan və Türkiyənin yanında olduğunu göstərən açıqlama ilə dəstək nümayişi göstərərdilər. Çünki bu elə məsələdir ki, belə hallara qarşı laqeyd yanaşmaq qəbulolunmazdır. Digər ölkələrdə müxalifət iqtidarla birgə dəstək nümayiş etdirib taleyüklü məsələyə qarşı bir nöqtəyə, bir hədəfə vurur. Aydın olur ki, hazırda radikal müxalifəti əldə oynadanların fikirləri onlar üçün daha üstün statusa malikdir. 

 

Lamiyə Turan

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top