Ermənilər və "azərbaycanlıların" ölkəmizə qarşı birgə HÜCUMU…

TƏHLİL 27 apr 2024, 17:15
"Mühacir" adı ilə Avropa paytaxtlarında yaşayan “azərbaycanlıların” erməni diasporu və lobbisi ilə əlaqələrinin olduğu artıq heç kəsə sirr deyil. Lakin onlar bunu təkzib edir, ifşa olunmamaq üçün bunu yalan adlandırırdılar. Ancaq Almaniyada keçirilən son aksiya "mühacir" şəbəkəsini ifşa etdi.

Berlində Azərbaycana qarşı erməni diasporu və “azərbaycanlı mühacir"lərin aksiyası keçirilib. Hər iki şəbəkənin hədəfi Azərbaycan idi. Bir tərəfdə ermənilər, digər tərəfdə Əfqan Muxtarlı və onun "mühacir" şəbəkəsinin digər üzvləri Azərbaycanın əleyhinə şüarlar səsləndirir, çağırışlar edirlər.

Sirr deyil ki, ermənilərin məqsədi qazandığımız tarixi Zəfərdən sonra anti-Azərbaycan kampaniyası aparmaqdır. "Mühacirlər" də bu işdə ermənilərə əlindən gələn köməyi edir. Əvəzində erməni diasporu və lobbisi onların Avropa paytaxtlarinda yaşamaq hüququ almasına kömək edir, onları maliyyələşdirir. Göründüyü kimi, onlar Azərbaycanı "Avropada bahalı həyata" satıblar. Son aksiya bunun isbatı oldu!


Vaqif Hüseynli
Demokrat.az

 
@ifshalar.n1

ŞƏRHSİZ... SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR ERMƏNİLƏRLƏ BİRLİKDƏ AZƏRBAYACANA QARŞI AKSİYADA... DİGƏR TƏRƏFDƏ İSƏ DOĞMA VƏTƏNİNİ SEVƏN AZƏRBAYCANLILAR ÖLKƏMİZƏ, ONUN QALİB LİDERİNƏ DƏSTƏK AKSİYASINDA... İndi baxın özünü "vətənpərvər siyasətçi", "Azərbaycansevər" qiyafədə təqdim edənlərin əsl astarı göründükdən sonra bunlara Vətən xaini! adından başqa nə ad vermək olar!?

♬ orijinal ses - İFŞA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top