“Yəqin botoksunun yenilənmək vaxtıdır...” — Deputatdan Əli Kərimliyə sərt sözlər!

TƏHLİL 08 apr 2024, 11:26
Mən belə başa düşürəm ki, radikal müxalifətin “mövsüm göbələkləri” yenə peyda olublar. Hardan hiss elədim? Yazdıqları statuslardan, etdikləri çağırışlardan,  yönləndikləri, istiqamətləndikləri intensiv kursdan. Əvvəl Əli Kərimli başladı, sərsəm-sərsəm danışmağa. İndi də kompleksli Gültəkin həmin əbləh strategiyanın  davamını gətirir, erməniyə, konkret olaraq Paşinyana heyranlığını bildirir,  az qala Makronun vəkili kimi çıxış etməyə çalışır.

Yəqin xaricdəki pul kanalının ağzı açılıb və bunlar da həmin bulaqdan bəhrələnmək, “mən də varam” demək istəyirlər.  Amma çifayda, ay Gültəkin Hacıbəyli, ay Əli Kərimli! Vallah-billah, qatar gedib. Özü də çoxdan gedib. Hə, başa düşürəm, ikinizin də botoksunun vaxtıdır, yeniləmək lazımdır, ikinizin də uşağının xaricdə təhsil alması, orada yaşaması və anti-milli şəbəkənin daha da dərinliklərinə girməsi üçün paraya ehtiyac var, ikinizin də satıldığı bəlli dairələr, əsas da erməni lobbisi artıq əsas maliyyəni daha “perspektivli” sandıqlarına yönəldirlər, göndərirlər və buna görə də onların “etimadını” yenidən qazanmaq üçün hər şey eləməyə, bütün vicdansızlıqlara imza atmağa hazırsınız. Amma yox! İnanın, bu dəfə alınmayacaq. Bu dəfə həmin şəbəkədən pul qopara, “şərəfsizlər yarmarkasında” özünüzü nəzərdə tutduğunuz qiymətə satdıra bilməyəcəksiz. Bilirsinizmi niyə?  Çünki artıq birdəfəlik istifadəyə belə yaramırsınız. Çünki artıq Kardaşyanın məşhur damğası sizin də alnınızda, üstəlik hamının görə biləcəyi səviyyədə bərq vurur. Çünki artıq Əli Kərimli, Gültəkin Hacıbəyli kimi buqələmunlar, yaramazlar, yarıtmazlar, siyasi bomjlar bu dünyanın ən axırıncı adamlarına belə lazım deyil. Və nəhayət: Çünki artıq  bitmisiz, tarixin zibilliyinə gömülmüsüz və üfunət qoxusu verirsiniz!


Elşən Musayev
Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top