Blinken: İsrail HƏMAS-a atəşkəs təklif edib

DÜNYA 29 apr 2024, 21:10
“İsrail HƏMAS-a atəşkəs təklifi edib və HƏMAS-ın bunu qəbul edəcəyinə ümid edirik”.

Demokrat.az
xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

O deyib ki, hazırda HƏMAS-ın qarşısında vacib seçim dayanır:

“İsrail gözləniləndən də səxavətli bir atəşkəs təklifi etdi. Hazırda Qəzza əhalisi ilə atəşkəs arasında sadəcə HƏMAS dayanır. HƏMAS çox sürətli şəkildə qərarını verməlidir”.

Qeyd edək ki, HƏMAS indiyədək Misir, Qətər və ABŞ-nin müzakirə etdiyi və İsrailin təsdiqlədiyi təklifləri qəbul etməyib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top