“Təpənə dəysin sənin mitinqin!” — Deputatdan AXCP sədrinə güllə kimi sözlər...

TƏHLİL 23 apr 2024, 18:19
Mən indiyə qədər elə bilirdim, Əli Kərimlinin yanındakı adamın, Fuadın soyadı Qəhrəmanlıdır. Amma yenicə məlumatlandım ki, yox, demə Əəhrəmanlı imiş.

İnanmayanlar “Azadlıq” qəzetinin feysbuk səhifəsinə baxa bilərlər. Hətta fotoları da təqdim edəcəm ki, şübhə yeri qalmasın.

Əlqərəz, bu Əəhrəmanlı öz növbəti müəllif yazısında anonsunu verdikləri 5 may mitinqindən bir xeyli dəm vurub, uzun-uzadı demokratik dəyərlərdən danışıb. Və axırda da dözməyib, millilik mövzusuna qədər böyük bir yol qət edib.

Əvvəla, ondan başlayım ki, məlum yazı Əli Kərimlinin qələminin məhsuludur. Çünki dəsti-xətt açıq hiss olunur. Sadəcə, adam niyəsə düşünüb ki, həmin cızmaqaranı Əəhrəmanlının adından yayımlasın. Ona görə də cavabımı elə AXCP sədrinə verəcəm.

Birincisi, əgər sənin təsəvvüründə millilik anlayışı bütün günü Paşinyanı, Makronu, Şvabeni təbliğ etməkdirsə, o zaman əmin ol ki, ya tamam şizofreniksən, ya da özünü axmaq yerinə qoymusan.

İkincisi, hamı bilir ki, tərəfindən gündəmə gətirilən mitinq mövzusu birbaşa xaricdəki anti-Azərbaycan qüvvələrinin, bəlli dövlətlərin sifarişidir və sən də “poçtalyonluq” eləməyə, satılmağa, əl buyruğu olmağa ona görə razılaşmısan ki, həmin şərəfsiz missiyaların hər biri  xislətinə, xarakterinə, mahiyyətinə tam uyğundur. Daha dəqiq desəm: satılmaq sənin işindir, peşəndir, həyat kredondur, prioritetindir. Sən satılmayanda boğulursan, nəyinsə çatmır, bədəndə qanın donur, metobolizmin azalır, ayaqların yer almır, ürək ritmin tənzimlənmir. Sən satılmadan yaşaya bilmirsən!

Üçüncüsü, demokratiyadan bol-bol danışırsan, amma öz təşkilatında bircə alternativ fikrə yer qoymamısan. Həmin fikri söyləməyə cəhd edəni isə ya partiyandan dərhal çıxdaş edirsən, ya şərləyirsən, ya da verirsən qaraguruhun ağzına. Onlar da çeynə ha çeynəyirlər.  Qurbanlıq kimi göstərdiyini cırmaqlaya-cırmaqlaya didirlər. Ona görə də demokratiya sözünü dilinə gətirərkən ilk öncə öz ətrafında yaratdığın “gilyotin” rejiminə bax və sonra utan, yerin dibinə gir, bu barədə nəsə danışmağa abır elə.

Dördüncüsü, haqdan-ədalətdən dəm vurursan. Sən! Əli Kərimli! Liderini satan adam! Ətrafındakı insanları hər cür cinayətə təhrik edən adam! Gültəkin kimi satqınlardan, riyakarlardan özünə siyasi istehkam düzəldən adam! Hikkəsini, qara ambisiyasını, yaramaz niyyətini reallaşdırmaq üçün hər cür şərəfsizliyə imza atmağı gözə alan adam!
***
Təpənə dəysin sənin mitinqin. Düşmənə cavab vermək lazım olanda, partiyalar birləşib erməni vandalizminə qarşı bəyanat imzalayanda, siyasi qüvvələr milli birlik nümayiş etdirəndə yoxa çıxırsan, qeybə çəkilirsən. Amma ara qarışdırmaq, sabitliyi pozmaq, su bulandırmaq, erməni dəyirmanına su tökmək üçün bir cansan!

Bunun adı bilirsənmi nədir, bəy? Gədəlik. Kardaşyanlıq. Binamusluq!
Ya da üçü bir yerdə. Tək kəlmə ilə: ƏLİKƏRİMLİLİK!

Elşən Musayev
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top