Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir

REGİON 09 may 2024, 12:44

İslamofobiya və irqçilik Avropada yaşayan insanlar üçün ən böyük təhdiddir.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 may - Avropa Günü ilə bağlı təbrik mesajında qeyd olunub.

Bildirilib ki, beynəlxalq miqyasda və regionda baş verən müharibələr, toqquşmalar, terrorlar və iqlim dəyişikliyi kimi məsələlər bütün dünyada olduğu kimi, Avropada da sabitliyi təhdid edir.

Həmçinin qeyd olunub ki, hazırkı geosiyasi vəziyyətdə Avropa İttifaqı (Aİ) əməkdaşlığa töhfə verən addımlar atmalı, ədalətli siyasət yeritməlidir: “Bu, qitəmizin gələcəyi üçün hər zamankından daha vacibdir. Aİ ölkəmizlə əlaqələrinə zərbə vura biləcək siyasətdən imtina etməlidir. Bu, həyati əhəmiyyətli məsələdir. Aİ-nin ölkəmizə qarşı təcrid siyasəti qarşısında Türkiyə malik olduğu imkanlardan istifadə etməkdən çəkinməyəcək. Bir daha xatırlatmaq istəyirik ki, Türkiyə olaraq daha həmrəy Avropa üçün çalışmağa davam edəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top