"Biz AYB-dən yapışıb qalmamışıq, bu haqda Anara da demişəm..."

GÜNDƏM 28 okt 2019, 16:02

"Bizim təqaüdümüz də yüksəkdi, evimiz də var, dolanışığımız da yaxşıdı"

 

Bunu açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca deyib. F.Qoca istənilən vaxt AYB-dən getməyə hazır olduğunu bildirib:

 

"Ölkədə islahatların aparılması təqdirəlayiqdir. Bu haqda Anar müəllim də danışıb. Qaldı ki, Azərbaycan Yazıçılar Birliyində islahatların aparılmasının gündəmə gətirilməsinə gəldikdə isə onu deyim ki, AYB-i dövlət qurumu deyil. Bu il Nəsimi ili olduğu üçün qurultayı keçirə bilmədik. İndi bu işlərimizi kənara qoyub qurultay keçirən deyilik ki. Biz Azərbaycan Yazıçılar Birliyindən yapışıb qalmamışıq, bu haqda Anara da demişəm. Bizi istəməyəndə gedə də bilərik. Bizim təqaüdümüz də yüksəkdi, evimiz də var, dolanışığımız da yaxşıdı". (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top