Azərbaycan Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

SİYASƏT 25 sen 2019, 22:37

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında iştirak edib.

 

XİN-dən Demokrat.az-a verilən məlumata görə, toplantı sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub.

 

Nazir iclasda çıxış edərək Azərbaycanın beynəlxalq birliyin məsul üzvü qismində, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət etməklə sülh yolu ilə həllinin dəstəklədiyini ifadə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top