Tramp Misir prezidentini "sevimli diktator" adlandırdı

SİYASƏT 14 sen 2019, 15:03

ABŞ prezidenti Donald Tramp avqustda "Böyük yeddilər"in  Fransada keçirilən sammitində misir prezidenti Əbdül Fəttah əs-Sisini "sevimli diktator" adlandırıb.


Demokrat.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti bildirib.


Qəzetin məlumatına görə, Tramp Amerika və Misir məmurlarının iştirak etdiyi görüşdən əvvəl ucadan "Hanı mənim sevimli diktatorum?", - deyə soruşub.


Həmin vaxt zalda olmuş bir neçə nəfər nəşrə Trampın bu sözlərini eşitdiklərini təsdiq ediblər. Onlar həmçinin bildiriblər ki, ABŞ prezidenti bunları zarafatla deyib.


Misir prezidentinin özünün Trampın replikasını eşidib-eşitmədiyi məlum deyil.


Ağ Ev bu mövzu ilə bağlı qəzetə şərh verməkdən imtina edib. "The Wall Street Journal" həmçinin Misir məmurlarından da şərh ala bilməyib.


G7 sammiti Biarritsdə avqustun 24-dən 26-dək keçirilib. Sammitdə Tramp və əs-Sisi Liviyadakı vəziyyəti müzakirə edib.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top