Gəncə hələ də İŞIQSIZDIR

"Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə elektrik enerjisinin verilişi hələ də bərpa edilməyib". 

 

Demokrat.Az xəbər verir ki, hazırda Gəncə sakinləri işıqsız qaldıqlarını bildirirlər. 

 

Buna səbəb kimi “Azərenerji” ASC-nin hələ də Gəncəyə elektrik enerjisini ötürməməsi göstərilir. 

 

Müvafiq qurumlar isə bildirir ki, “Azərenerji” ASC elektrik enerjisi ötürdükcə abunəçilər işıqla təmin ediləcək. 

 

"Azərişıq" ASC-dən isə bildirilib ki, istehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində bütün zəruri addımlar atılır və problemlər ən qısa vaxtda 100% aradan qaldırılacaq.

 

Demokrat.Az

3 İyul 2018, 11:00   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß