Rusiyada “S-400” istehsal edən zavod sahibi həbs olundu

DÜNYA 20 iyl 2019, 21:13

Rusiyanın Nijnıy Novqorod şəhərində "VIP-Stroyinjinirinq" şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub.

 

Demokrat.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, "Nijeqorodskiy zavod - Qələbənin 70 illiyi" zavodunun tikintisi zamanı geniş miqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada "S-400" və "S-500" hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.
 

S. Deqtyarev 8 sentyabra qədər penitensiar müəssisəsində saxlanılacaq.
 

Qeyd olunur ki, VIP-Stroyinjinirinq" 2013-cü ilin oktyabrında "Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi" zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.
 

Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə "S-400" zenir-raket sistemləri, "Nebo-M" və "Niobiy" radar komplekslərini istehsal edib. 
 

Bundan öncə Deqtyarev 2015-ci ildə Şərqi Kosmodromun tikintisi zamanı 1,3 milyard rubl dəyərində vəsaiti mənimsədiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. 


Daha sonra, məhkəmə sahibkarın hərəkətlərini biznesdə saxtakarlıq kimi qiymətləndirib və həbs cəzasını yarıya endirib. O, 2019-cu ilin aprelində azadlığa çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top