Millinin Macarıstan və Slovakiya ilə oyun öncəsi heyəti açıqlandı - TAM HEYƏT

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

 

Baş məşqçi Nikola Yurçeviç 27 futbolçuya dəvət göndərib.

 

Komandamız rəsmi oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək. Xorvatiyalı mütəxəssis mayın 21-də, saat 18:15-də, “Bakcell Arena”da mətbuat konfransı keçirəcək.

 

Diqqət çəkən məqam Renat və Rüfət Dadaşov qardaşlarının eyni vaxtda komandaya çağırılmasıdı.

 

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar Rəhimov ("Səbail"), Bəhlul Mustafazadə ("Qəbələ")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev, Mahir Əmrəli (hamısı "Qarabağ"), Namiq Ələskərov, Emin Mahmudov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Rəşad Eyubov ("Sabah"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Dmitri Nazarov ("Aue", Almaniya)

Hücumçular: Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proyssen", Almaniya), Mirabdulla Abbasov ("Neftçi"), Renat Dadaşov ("Eştoril", Portuqaliya), Ağabala Ramazanov ("Səbail").

 

Qeyd: Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.

 

Matc.az 

 

16 May 2019, 23:13   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß