Türkiyədə ağır yol qəzası: 7 ölü, 30 yaralı var

DÜNYA 03 may 2019, 23:24

Türkiyənin Tokat şəhərində ağır yol qəzası baş verib.

 

Demokrat.Az “Hurriyet”ə istinadla xəbər verir ki, hadisə Rəşadiyə rayonunda qeydə alınıb.

 

Belə ki, Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan avtobus aşıb. Nəticədə 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top