Tanınmış hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə video paylaşıb.
Demokrat.az hüquqşünasın paylaşımını olduğu kimi təqdim edir:
"Rəsmi dövlət qurumu sayılan Bakı Nəqliyyat Agentliyinin paylaşdığı videonu diqqətlə izləyin. Video mütəşəkkil cinayətkar dəstənin fəaliyyətini əks etdirir. İndiki həssas məqamda hər gün insanların əsəbləri ilə oynayan, onlardan "reket" kimi pul tələb edən bu dəstə kimin "krışa"lığı altında milyonlarla hərac toplayır?! Bu pullar kimlərin cibinə gedir?! Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hara baxır?!".
Demokrat.az


