Xarici siyasət

Türkiyə XİN Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bəyanat yaydı

Türkiyə XİN Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə bəyanat yaydı

“Bu gün dost və qardaş Azərbaycanla diplomatik münasibətlərin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edirik”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Bu gün dost və qardaş Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü qeyd edirik. Müstəqilliyini elan etməsindən sonra Azərbaycan ilə diplomatik əlaqə quran ilk ölkə Türkiyə olub. Ötən 30 il ərzində Türkiyə yaxşı gündə də, pis gündə də dost və qardaşı Azərbaycanın yanında olub. Türkiyə bunu qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsindən sonra duyduğu böyük sevinclə bir daha göstərib” - deyə bəyanatda bildirilib.

Demokrat.az

D
demokrat.az