Region

Ermənistanda daha 298 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda daha 298 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda son sutkada daha 298 nəfərdə "COVID-19" aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 346 811-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 8 014-ə yüksəlib.

"COVID-19" diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 514 nəfərdir. İndiyədək 333 311 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 972 aktiv koronavirus xəstəsi var.(report.az)

D
demokrat.az