Gündəm

Politoloq: “Ermənistan sülh istəmədiyinə görə təxribatlarını davam etdirir”

Politoloq: “Ermənistan sülh istəmədiyinə görə təxribatlarını davam etdirir”

“Əgər kimsə düşünürsə, Ermənistan və ümumillikdə ermənilər Azərbaycana qarşı təxribatlardan hamılıqla əl çəkəcəklər, təbii ki, bu bir qədər reallıqdan uzaqdır”.

Bunu Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov dünən Kəlbəcərdə baş verən təxribatları dəyərləndirərkən deyib. Politoloq bildirib ki, Ermənistan nə qədər ki, tarixdə mövcuddur, hər zaman müxtəlif vasitələrlə təxribatlara əl atacaqlar:

“Sadəcə söhbət ondan gedir ki, bu təxribatlar sistemli şəkildə olacaq, yoxsa Ermənistandakı ayrı-ayrı qrupların təxribatı şəklində davam edəcək? Təbii ki, hər kəs çox yaxşı bilir ki, Ermənistan generalları, Ermənistanda korpus rəhbərləri və ümumillikdə Ermənistan dövlətinin özündə də bir sıra şəxslər müxtəlif xarici ölkələrdən də göstərişlər alırlar, təkcə Nikol Paşinyandan almırlar. Digər qismi isə Köçəryan və Sarkisyan kimi şəxslərdən alır. Bu aspektlər artıq onu göstərir ki, orada heç bir vahid ordu idarəetməsindən söhbət getmir. Hər halda dünənki hadisələr də bir daha onu göstərdi ki, Azərbaycan öz addımlarında qəti olacaq və hər bir erməni təxribatı Ermənistan dövlətçiliyinə böyük zərbə ilə nəticələnəcək. Təbii ki, bəzi məqamlar var ki, onları açıqlamaq hələ ki, tezdir. Amma, üçtərəfli bəyanatdan sonrakı dövrlərdə Ermənistanın atdığı hər bir addım Ermənistanın əleyhinə olmuşdur. Azərbaycan necə ki, 44 günlük müharibədə tarixi ədaləti bərpa etdi, bundan sonra da, digər coğrafiyalarla bağlı da tarixi ədaləti bərpa edəcək və Ermənistan dövlətçiliyi zərbə altında qalacaq. Çünki Ermənistan sülh istəmir və ona görə də, təxribatlarını davam etdirir. Bu, isə o deməkdir ki, Cənubi Qafqazada bu dövlətin mövcudluğu real olaraq qonşu ölkələr üçün də bir təhdiddir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az