Dünya

Tokayev Putinə təşəkkür etdi

Tokayev Putinə təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında uzunmüddətli telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Tokayev Rusiya prezidentinə Qazaxıstandakı vəziyyət barədə ətraflı məlumat verib və ölkədə vəziyyətin sabitləşdiyini bildirib.

Qazaxıstan prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları, xüsusən də Rusiya tərəfindən göstərilən köməyə görə Putinə minnətdarlığını bildirib.

Kreml həmçinin vurğulayıb ki, Rusiya Federasiyası prezidenti Tokayevin yaxın günlərdə KTMT ölkələri liderlərinin videokonfrans formatında göruş keçirmək qərarını dəstəkləyib.(virtualaz.org)

Demokrat.az

D
demokrat.az