İqtisadiyyat

Azərbaycanda devalvasiya ola bilərmi? — AÇIQLAMA

Azərbaycanda devalvasiya ola bilərmi? — AÇIQLAMA

“Devalvasiya baş verərəsə, ölkədə ciddi sosial-iqtisadi problemlər baş qaldıra bilər. Azarbaycanda milli valyutanın məzənnəsi inzibati qaydada müəyyən edilir. Yəni, Mərkəzi Bankın iradəsindən asılıdır. Neftin qiymətinin sabit olduğu bir vəziyyətdə devalvasiyaya gediləcəyini ehtimal etmirəm. Hesab edirəm ki, yaxın gələcəkdə, misal üçün, ilin birinci yarısında devalvasiyaya gedilməyəcək”.

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Ekspert qeyd edib ki, ilin ikinci yarısında da devalvasiya olmasa yaxşıdır, əsk halda, nəticələr ölkə üçün çox ağır ola bilər: “Əlbəttə ki, ölkədə devalvasiyanı ümumiyyətlə istisna etmək olmaz, amma Azərbaycanda milli valyutanın məzənnəsi neftin qiymətinə bağlıdır. Yəni, indiki vəziyyət növbəti aylarda da davam edərsə, devalvasiya olmayacaq. Qiymət artımı, inflyasiya isə onsuz da var. Ölkənin nəinki devalvasiyaya ehtiyacı yoxdur, hətta devalvasiya ölkə üçün olduqca təhlükəli olar”.

Demokrat.az

D
demokrat.az