Sosial media

Abşeronda ana və körpəsi dəm qazından zəhərləndi

Abşeronda ana və körpəsi dəm qazından zəhərləndi

Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Mahmudova Zəhraxanim Azər qızı və 3 yaşlı övladı Mahmudova Lalə Toğrul qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az