Dünya

Həbsdən qaçan 10 məhbus öldürüldü

Həbsdən qaçan 10 məhbus öldürüldü

Haitinin paytaxtı Port-o-Prensin şərqində yerləşən Krua-de-Buke həbsxanasından məhbuslar qaçmağa cəhd edib.

Bu barədə yerli “Haiti 24” xəbər portalı məlumat yayıb.

Hadisə zamanı dörd polis əməkdaşı yaralanıb. Qaçan məhbuslardan 8-i yerindəcə öldürülüb. 2-si isə yaralanıb, xəstəxanada ölüb.

Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.

D
demokrat.az