Hadisə

“Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!” — Tanınmış YAP-çı "üsyan etdi"

“Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!” — Tanınmış YAP-çı üsyan etdi

Sabiq deputat, publisist Xeyrəddin Qoca Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə dünənki görüşündən təsirlənərək, dövlət başçısından səfir vəzifəsini istəyib.

Demokrat.az-ın məlumatına görə, X.Qoca “Facebook” vasitəsilə dövlət başçısına belə bir çağırış edib.

“Cənab Prezidentdən mənim də bir xahişim var: Səfir olmaq istəyirəm! Yoruldum işsizlikdən!…”, – deyə X.Qoca üsyan edib.

YAP-ın qurucularından olan X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir. O, uzun illərdir işsizdir.(“AzPolitika.info”)

D
demokrat.az