Daxili siyasət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Bu barədə Demokrat.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərarla Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il martın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2022-ci ilin yanvarın 1-də başa çatırdı.

Demokrat.az

D
demokrat.az