Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Vazisubani rayonunda yerləşən doqquz mərtəbəli yaşayış binasında partlayış baş verib.
Bunu rayon administrasiyasının nümayəndəsi Nika Elisaşvili deyib.
Onun sözlərinə görə, partlayış binanın birinci mərtəbəsindəki mənzillərdən birində meydana əglib. Partlayış nəticəsində evin sahibi və binanın 4 sakini xəsarət alıb.
İlkin məlumata əsasən, partlayışa səbəb qaz sızması olub.


