Hadisə

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

Bakıda fəhlə bədbəxt hadisə nəticəsində öldü

Bakıda gənc fəhlə dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. 25 yaşlı Ziyadxan adlı gənc (soyadı dəqiqləşdirilir-red) tikinti zamanı ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırılır.(report.az)

D
demokrat.az