Daxili siyasət

“Qarabağ” futbol klubuna 5 milyon manat maliyyə dəstəyi ayrıldı

“Qarabağ” futbol klubuna 5 milyon manat maliyyə dəstəyi ayrıldı

Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, sərəncamla UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.

Demokrat.az

D
demokrat.az